Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-analitik idarəsinə yeni prokuror təyinatı olub. Lent.az-ın məlumatına görə, Yasamal rayon prokurorunun köməkçisi Nigar Talıblı baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Təşkilat-analitik idarəsinə prokuror vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Təşkilat-analitik idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.