|
|
|
|
Pakistan məhkəməsi sabiq prezident Pərviz Müşərrəfi dövlətə xəyanətdə ittiham edib.
APA-nın “Frans-Press”ə istinadən verdiyi məlumata görə, ittihama əsasən, 2007-ci ildə Müşərrəf ölkədə fövqəladə vəziyyət rejimini elan etməklə, öz səlahiyyətlərini xeyli genişləndirib.
Sabiq prezidentə 5 maddəlik ittiham irəli sürülsə də, o, özünü günahkar saymaqdan imtina edib.
Pakistan qanunvericiliyinə əsasən, dövlətə xəyanət etmiş şəxsə ölüm hökmü yaxud da ömürlük həbs verilir.