Türkiyədə keçirilən bələdiyyə seçkilərində 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib.
Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 78 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub.
49 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 12 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.
Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.
Antalya, Adana, Ağrı, Hatay və Eskişehirdə səslərin sayılmasının davam etdirildiyi bildirilir.