525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı yanıb.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.