https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
search
29 Mart 2024

“Bu boyda arenanı necə 4 milyon 250 minə satmaq olar?”

“Bu boyda arenanı necə 4 milyon 250 minə satmaq olar?”

AFFA-nın sabiq prezidenti Fuad Musayev “Şəfa” stadionunun Bakının “İnter” klubuna 4 milyon 250 min manata satılması haqda federasiyanın baş katibi Elxan Məmmədovun verdiyi son açıqlamaya münasibət bildirib.

Qol.Az-ın xəbərinə görə, arenanın ərsəyə gəlməsində müstəsna xidmətləri olmuş F.Musayev bu rəqəmin onda şübhə doğurduğunu bildirib. O, “Futbol +” qəzetinə müsahibəsində deyib: “Bu sövdələşmədən ağlım bir şey kəsmədi. Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura stadiondu, ordan ancaq idman məqsədiylə istifadə ediləcək?! Sizə adi nümunə göstərim. Eşitdiyimə görə, “Xəzər Lənkəran”ın stadionu 15 milyon dollara başa gəlib. İş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul xərcləyib. Lənkəranda stadionu tikmək baha başa gələr, yoxsa Bakıda? Əlbəttə ki, paytaxtda. Çünki Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat bahadı. Belədə “Şəfa”nın 4 milyon 250 minə satılması nə dərəcədə realdır? Bunlar yəqin stadiona qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə alıblar. Etiraf edirəm, “Şəfa”nın araya-ərsəyə gəlməsinə o vaxtkı qiymətlərlə 4 milyon 500 min dollar xərcimiz çıxdı. Daha fikirləşmirlər ki, o vaxtın qiymətlərilə (2000-ci il – red.) indikini müqayisə etmək düzgün deyil. Bütün bunlar savadsızlıqdan irəli gəlir. Təkcə bir örtüyün azı 500 min dollara dəyişdirildiyini nəzərə alsaq, o boyda stadiona belə ucuz qiymət qoymaq ağılsızlıqdır”.

F.Musayev əlavə edib ki, bu yaxınlarda Latviyada “Şəfa”ya bənzər stadion tikilib: “Həmin arenanı tikən adamla münasibətim var. Sonuncu dəfə mənimlə danışanda dedi ki, yeni tikdirdiyi arenaya 10 milyon dollar xərcləyib. AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın”. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.