|
|
|
|
Keçmiş müdafiə naziri Dadaş Rzayev müharibə şəraitində olan dövlət üçün bu qanunun qəbulunun yolverilməz olduğunu hesab edir
Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq “Alternativ xidmət haqqında” qanun hazır olsa da, müzakirəsi gündəmdə deyil. Müharibə şəraitində olan ölkədə hərbi qulluqdan imtinanı leqallaşdıracaq belə bir qanunun qəbulunun zəruriliyi ilə bağlı fikirlər müxtəlifdir.
Sənəd Azərbaycanda kimlərin hərbi xidmətdən azad olmasını və alternativ xidmət keçəcəyini dünya təcrübəsinə əsasən müəyyən edəcək. Məsələn, əlinə silah alaraq digər insana atəş açmağı, döyüşməyi, öldürməyi qadağan edən müəyyən dini təriqət üzvləri hərbi xidmətə aparılmır, onlar alternativ xidmət keçirlər.
Bundan başqa, cinsi azlıqlar və psixi cəhətdən problemi olan şəxslər də bu xidmətdən istifadə edir. Alternativ xidmət dedikdə, bu cür problemləri olan şəxslərin qəbul edilmiş qanuna əsasən dövlətə müəyyən məbləğdə pul ödəməklə hərbi xidmətdən azad olmağı nəzərdə tutulur. Lakin qanun layihəsinin 7-ci maddəsində qeyd olunub ki, ölkə müharibə vəziyyətində olduğu zaman indi bu qanunu tətbiq etmək olmaz.
Bu səbəbdən qanunun məclisdə nə vaxt müzakirə olunacağı bəlli deyil. Keçmiş müdafiə naziri Dadaş Rzayev müharibə şəraitində olan dövlət üçün bu qanunun qəbulunun yolverilməz olduğunu hesab edir.
Keçmiş müdafiə naziri Dadaş Rzayev bir hərbçi kimi hesab edir ki, müharibə şəraitində, 20 faiz torpaqlarımızın işğal altında olan bir vaxtında 1 milyon qaçqını olan bir dövlətin bu qanuna keçməyi tezdir.
Milli Məclidə isə əksini düşünürlər. Millət vəkili Fazil Mustafa isə qanunun qəbulunu vacib sayır: “Alternativ xidmət haqqında” qanun layihəsi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikdir. Müharibə şəraitini, bəlli müddəaları nəzərə alaraq qanunu qəbul etmək olar, çünki bu öhdəlik yerinə yetirilməlidir”.
Alternativ hərbi xidmət keçəcək şəxslər özlərinin sözügedən statusda olmalarını məhkəmə vasitəsilə təsdiq etməlidirlər və yalnız bundan sonra həmin şəxslər alernativ hərbi xidmət keçə bilərlər.