Bu gün Ermənistan-Azərbaycan sərhədində iki nəfər Ermənistan vətəndaşı minaya düşüb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.
Məlum olub ki, 1958-ci il təvəllüdlü Rafik Muxsudyan və 1965-ci il təvəllüdlü Qabriel Babkyan ot biçərkən minalanmış əraziyə gedib çıxıblar. Partlayış nəticəsində R.Muxsudyan ölüb, Q.Babkyan isə yaralanıb.