Maşının arxa oturacağı və arxa qapıların üzlüyü yanıb
Bakıda minik maşını yanıb. 525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Sabunçu rayonunda vətəndaşa məxsus “OPEL VECTRA” markalı minik avtomobilində olub.
Maşının arxa oturacağı və arxa qapıların üzlüyü yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.