https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg Başlığı insanları təbdən çıxaran xəbərlər - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Sözün ucalığına doğru - Eldar İskəndərzadənin 60 yaşına
search
23 Aprel 2024

“Neftçi”nin vitse-prezidentinin stadiona girişinə qadağa qoyulub

“Neftçi”nin vitse-prezidentinin stadiona girişinə qadağa qoyulub
AFFA-nın İntizam Komitəsi “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova xəbərdarlıq edib.

Apasport.az saytının məlumatına görə, buna onun komitənin çıxardığı qərarlara etdiyi hörmətsizlik səbəb olub.
 
Belə ki, əvvəlki cəzası başa çatsa da, Süleymanova verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsin stadiona giriş qadağası hələ də davam edir. Lakin vitse-prezident Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçını stadionda canlı izləyib.
 
Qarşılaşmanın AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, Süleymanov bunu rədd edib. Bu səbəbdən “Neftçi” rəsmisinə verilmiş cərimə ödənilməyənə qədər onun klubun  iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edəcək.
 
Əgər Süleymanov tərəfindən qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. 
 
Xatırladaq ki, Süleymanovun AFFA-ya 20 min manat borcu var idi.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.