İranın Xuzestan əyalətindən Çaharmahal və Bəxtiyari əyalətinin Brucen (Borujen) şəhərinə gedən avtobus qəzaya uğrayıb.
İçərisində məktəbli qızlar olan avtobusun aşması nəticəsində 26 məktəbli qız həlak olub 18 -i isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
Brucen icra başçısı Fəttah Kərəmi deyib ki, yaralı məktəblilərin 4-ü ŞəhrKürd xəstəxanasına 14-ü isə Əhvaz şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir