Sabah Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin mülayim keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, bazar günü Azərbaycan paytaxtında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.
Bölgələrdə gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.