https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

"Azərbaycanda futbol klubu rəqibinə bilərəkdən uduzdu"

"Azərbaycanda futbol klubu rəqibinə bilərəkdən uduzdu"

Azərbaycan Premyer Liqasının doqquzuncu turunda lider «Simurq»un səfərdə «İnter»ə məğlubiyyəti (0:1) Zaqatala klubunun azarkeşlərinin narazılığına səbəb olub.

Qol.Az-ın məlumatına görə, azarkeşlər komandalarının Bakı təmsilçisinə bilərəkdən uduzduğunu iddia ediblər. Onlar oyunun sonlarında bununla bağlı şüarlar da səsləndirib, baş məşqçini istefaya səsləyiblər.

«Simurq»un bir qrup azarkeşi Qol.Az-ın müxbiri ilə söhbətində bildirib ki, cari çempionatda «Xəzər Lənkəran», «Qarabağ» kimi iddialı komandalardan xal alan Zaqatala klubunun «İnter»ə ciddi müqavimət göstərmədən uduzması müəyyən şübhələr yaradır.

«Bu onu göstərir ki, «Simurq»un «İnter»in kiçik qardaşı olması haqda deyilənlər yalan deyil. Komandamız hər dəfə «İnter»lə oyunda uduzur. Biz buna görə klub rəhbərliyinə, futbolçuları və məşqçi heyətinə kəskin etirazımızı bildiririk».

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.