Bakı şəhəri Xəzər rayonu ərazisində bir nəfər vəhşicəsinə döyülüb.
Hadisə bu gecə saat 01:25 radələrində Qala dəmir yolu stansiyasında qeydə alınıb. Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 25 yaşlı oğlan naməlum şəxslər tərəfindən ölümcül döyülüb. O dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Ağır bədən xəsarətləri alan şəxs komada olduğu üçün onun kimliyi hələlik məlum deyil.