Bu gün İnsan Alveri ilə Mübarizə Ongünlüyü çərçivəsində “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Müşfiqabad qəsəbəsində yerləşən Xocavənd rayonunun Nərimanlı kənd tam orta məktəbində maarifləndirici tədbir keçirdib.
İctimai Birlikdən verilən məlumata görə, təşkilatın sədri Esmira Orucova tədbirdə qaçqın və məcburi köçkün ailələrində yetişən gənclərə qlobal bəlaya çevrilmiş insan alveri haqqında geniş məlumat verərək, gələcəkdə onların da insan alverinin qurbanlarına çevrilməmələri üçün bəzi tövsiyələr verib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamran Babayev və Xocavənd Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların hüquqları və müdafiəsi üzrə komissiyasının məsul katibi Eynur Hüseynov da mövzu ilə bağlı çıxış ediblər.
Sonda Xocavənd rayonunun Nərimanlı kənd tam orta məktəbinin direktoru Aida Zülfüqarova “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovaya məktəbin müəllim və şagird kollektivi adından minnətdarlığını bildirib.