Azərbaycanın Zərdab rayonunda intihar hadisəsi baş verib.
Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 18-dən itkin düşmüş kimi qeydiyyatda olan rayonun Bıçaqçı kənd sakini, 58 yaşlı Əli Məhəmməd oğlu Valikovun meyiti Kür çayından tapılıb. Araşdırmalar zamanı onun intihar etdiyi müəyyənləşib.