"Təəssüf ki, Azərbaycanın aqrar sektorunun inkişaf etməsinə baxmayaraq, gənclər arasında bu sahəyə maraq azdır".
Bunu 525.az-a açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavini bildirib ki, gənclər ixtisas seçərkən mühəndislik, texniki elmlər, aqrar sektor kimi sahələrə daha çox maraq göstərsinlər:
“Bu sahə üzrə xaricdə təhsil alan gənclərin iş tapmaq şansı daha böyükdür. Dövlət proqramı çərçivəsində bu sahə üzrə təhsil alanların sayı çox deyil. Bu illər ərzində təxminən 10-a yaxın tələbəni bu sahə üzrə təhsil almağa göndərmişik. Bu sahədə yeniliyə nail olmaq üçün xaricdə, Almaniya, Fransa, Macarıstan univeristetləri ilə birbaşa danışıqlar aparılıb. Ümid edirəm ki, növbəti ildə 10-larla gənci ehtiyac duyulan sahələr üzrə xaricdə təhsil almaq üçün göndərə biləcəyik”.