https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
https://525.az/../img/pics/medium/183694_o0qrzhrfjf.jpg Bu dünyada biz də varıq - Fidan Malik yazır
https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
search
25 Aprel 2024

ANS: “Nisə Qasımova məhkəməyə müraciət etsin”

ANS: “Nisə Qasımova məhkəməyə müraciət etsin”
Xalq artisti Nisə Qasımovanın oğlu Fətullahın “ANS” telekanalında təhqir olunması barədə açıqlamasına qarşı tərəf münasibət bildirib.

Telekanalın mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov 525.az-a açıqlamasında deyib ki, efirə gedən süjet Nisə xanımın xoşuna gəlməyibsə, məhkəməyə müraciət edə bilər:

“Mən Nisə xanımın haqlı olduğu barədə fikir bildirə bilmərəm. O, özü də burda işləyib. Dəfələrlə telekanalımızda anoloji hallar təkrarlanıb. Yəni qarşı tərəfin narazılığı varsa, bizi məhkəməyə verə bilər. Yalnız məhkəmə bu məsələni araşdırmaq hüququna malikdir”.

Xatırladaq ki, Nisə Qasımova mətbuata açıqlamasında oğlunun ANS televiziyasında təhqir olunduğunu deyib: “Yayımlanan süjetdə bildirildi ki, mənim Fətullah adlı oğlum guya cinsi azlıqlara aiddir. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Mən şokdayam. Dünənki biabırçılıqdan sonra biz bir-birimizin üzünə baxa bilmirik, utandığımdan mən evə gedə bilmirəm”.

Nigar Məhərrəm
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.