Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə ölənlərin sayı artmaqda davam edir
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ölən insanların sayının 282-yə qalxdığını bildirib: “Saat 08.00-ə (Bakı vaxtilə saat 10.00) olan nəticələrə görə, 282 nəfər işçi dünyasını dəyişib. Axşama kimi onların cənazəsini ailələrinə verməyə çalışacağıq. Xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərində 500 nəfərlik briqada çalışır”.
T.Yıldız mədəndən 12 saat ərzində sağ çıxarılan işçinin olmadığını, faciədə ölənlərdən 217 nəfərin cənazəsinin ailələrinə təhvil verildiyini də qeyd edib.
Səhiyyə naziri Mehçet Müəzzinoğlu isə xəstəxanalarda 27 xəstənin olduğunu, sağlıq durumu qənaətbəxş olanların isə evə buraxıldığını söyləyib