İsrail ilkin şərt olmadan münasibətlərin normallaşdırılması üçün Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazırdır.
Trend-in bazar ertəsi "TRT Haber" telakanalına istinadən verdiyi məlumata görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Qeyd edək ki, bu yaxınlaradək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə və İsrail arasında münasibətlər 2011-ci ilin mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzzaya istiqamət almış humanitar yük daşıyan "Azadlıq flotiliyası"na hücumundan sonra qəflətən kəskinləşib.