Bu bahar yaylaqlaryadıma düşdü, Dindi xatirələr, dil fağır oldu. Ağladı şehlərlə Leyli qönçələr, Bülbül cəh-cəh vurdu, gül fağır oldu. Məzəm tamaşaydı, Göy dağ şəkildi Dağdağan o döşdə qıvrım kəkildi. Ayğır bulağından duman çəkildi, Açıldı köysündən, tül fağır oldu... Ot-ələf göyərdi köç yollarında, Bədöylər kişnəməz doloylarında. O ötən illərin aloylarında, Ocaqlar qaraldı, kül fağır oldu. lll “YAHU” Allaha sevdadı, Sevdalı dillər Yahudu. Üstündə şehlər titrəşən Çiçəklər , güllər Yahudu. Kimi nisgilli, kimi şən. Bizik ağlaşan, gülüşən. Sonalar, qular çimişən Dəryalar, göllər Yahudu Hər zirvənin öz qarı var, Hər bağın öz nübarı var. Hər aşiqin bir yarı var, Lilparlar, lillər Yahudu. Kimdi o neyi dinləyən, Varmı dinləyib ölməyən? Sazda, kamanda inləyən Pərdələr, tellər Yahudu. Quş nə söylər,daş nə dilər, Bilməyənlər hardan bilər. Meh söylədər, yarpaq dinər Yarpaqlar, yellər Yahudu. Getmək, gəlmək də sevdadı, Yanmaq, sönmək də sevdadı. Billah, ölmək də sevdadı, Ocaqlar, küllər Yahudu. Kədərin mənzərəsi Bu gün də ötdü beləcə. Hardasa quşlar oxudu ətəyində nərgizlər bitmiş çiçəkli zoğal ağacının budaqlarında. Sular daşlar üstündən sığallanıb axdılar şırşırlı döngələrdən. Payız yarpaqlarının