Atəşkəsə dair sazişin imzalanmasından indiyədək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində itkilərin baş verməsi ABŞ-ı çox məyus edir.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar erməni kəşfiyyat-diversiya qrupunun mayın 21-dən 22-nə keçən gecə cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən Azərbaycanın mövqelərindəki postlardan birinə basqın etməyə cəhdi şərh edərkən deyib.