|
|
|
|
Bakının Nərimanov rayonunda üçmərtəbəli villada yanğın olub.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın vətəndaşa məxsus, hər mərtəbəsi 400 kv.m olan üçmərtəbəli fərdi yaşayış evinin mansardasında meydana gəlib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Onu da əlavə edək ki, həmin villa təmir olunurmuş.