|
|
|
|
67-ci Beynəlxalq Kann kinofestivalı sona çatmaq üzrədir.
Axşam.az-ın məlumatına görə, festivalın qısametraj bölməsində iştirak edən 3450 ekran işi arasından finala çıxan 9 filmin siyahısında Azərbaycanın istehsalı olan "Sonuncu" da var. Rejissor Sergey Pikalov tərəfindən çəkilmiş filmdə baş rolun ifaçısı, aktyor İdris Rüstəmovun oyunu xüsusilə bəyənilib.
"Sonuncu" filmi yer üzündəki sonuncu II Dünya Müharibəsi veteranından bəhs edir.
Qeyd edək ki, builki Kann festivalında Azərbaycan S.Pikalovun "Sonuncu", Elmar İmanov və Engin Kundağın "Torn", Rəşad Babayevin "Sərnişin" qısametrajlı filmləri ilə təmsil olunur.