Rusiya İranda 8 nüvə reaktoru inşa edəcək.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bununla bağlı iki ölkə arasında dövlətlərarası razılaşmanın imzalanması gözlənilir.
Müqaviləyə əsasən, həmin reaktorlardan ikisi Buşəhr Atom-Elektrik Stansiyasının (AES) tam gücü ilə fəaliyyətə başlamasını təmin etmək üçün tikiləcək.