Məhkəməyə bomba qoyulması xəbərini verən şəxs tutulub.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Xəzər rayon məhkəməsinə bomba qoyulması barədə bilərəkdən yalan məlumatı vermiş Lənkaran rayon sakini Əlihüseyn Quliyev tutulub.