İstirahət günləri ölkə ərazisində baş verən yol qəzalarında 5 nəfər ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şənbə və bazar günləri respublika ərazisində 9 yol qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.