|
|
|
|
Bakı və Abşeron yarımadasında oktyabrın 23-dən 24-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 19-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 24-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 24-də günün ikinci yarısınadək Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlüyü ilə əlaqədar temperatur bir qədər aşağı enərək 19-22 dərəcə isti təşkil edəcək.