Azərbaycanda döyüş sursatları tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, döyüş sursatları Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində aşkarlanıb.
Bakı-Sumqayıt yolunun kənarında bir neçə ədəd top mərmisi tapılıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.