|
|
|
|
Şəkidə
"Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda dəyirmi masa təşkil olunub. "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsi çərçivəsində keçirdiyi ikinci toplantıdır.Dəyirmi
masanı giriş sözü ilə Şəki şəhər icra hakimiyyətinin əməkdaşı Mayis Səlimov açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə həmişə böyük önəm verdiyini vurğulayıb: "Keçirilən dəyirmi massa son dərəcə zəruri məqsəd daşıyır. Mətbuatda ana dilimizin qorunmasına həssas yanaşılması təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda, ictimai təşkilatların da ümdə vəzifəsidir"."
Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsinin əlaqələndiricisi, "Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun aylarında gerçəkləşdiriləcək layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının səmərəliliyini artırmaq, mənfi cəhətlərin aradan qaldırılmasında ictimai fəallığın yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur.Bildirilmişdir
ki, mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqəti cəlb etməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi mühüm əhəmiyyət daşıyır. Layihəmiz də bunun üçün bir çağırışdır, həmçinin dövlət miqyasında başlanılmış işə dəstəkdir".Layihənin
eksperti qismində çıxış edən "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamından sonra ölkədə ana dilinin işlədilməsi ilə bağlı məsələlərə kifayət qədər həssas yanaşılmağa başlandığını vurğulayıb.Tədbirdə
çıxış edənlərdən "Şəki" qəzetinin redaktoru Akif Salamov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bölgə müxbiri Mustafa Dadaşov, "Zaqatala" qəzetinin baş redaktoru İbrahim İbrahimov, "Oğuz" qəzetinin baş redaktoru Nazim Hüseynli, "Şəki təhsili" qəzetinin baş redaktoru Bəşarət Süleymanov, Şəkidə fəaliyyət göstərən "Kanal S" telekanalının əməkdaşı Sahib Mehdiyev və başqaları "Zərdabi Mətbuat Mərkəzi" İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın duyulduğunu vurğulayıblar. Onlar dil məsələlərinə diqqət yetirilməsi üçün Azərbaycan Mətbuat Şurasının və digər əlaqədar təşkilatların üzərinə böyük missiyanın düşdüyünü önə çəkiblər.S
.ABDULLAYEVA