İyunun
10-da Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə ədibin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək.İki
zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən mənfi hallara qarşı mübarizə aparmağa səsləyir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.Tamaşada
əsas rolları aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova və başqaları ifa edəcəklər.Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası isə iyunun 15-də baş tutacaq.S
.ABDULLAYEVA