https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Türkiyəli müğənni sevgilisi ilə Bakı küçələrində

Türkiyəli müğənni sevgilisi ilə Bakı küçələrində

Məlum olduğu kimi Türkiyənin usta səsi, məşhur müğənni-bəstəkar Ümit Sayın bir neçə gündür Bakıdadır.

ANS PRESS-in məlumatına görə, gənc müğənni Zarina Məmmədova ilə birgə ifa edib çəkildiyi “Kader utansın” klipinin təqdimat mərasiminə gələn Ümit bəy böyük məmnuniyyətlə şəhərimizi gəzib-dolaşdı.

Qədim İçəri Şəhəri görməyə tələsən müğənni Bakıya tək gəlməyib. O, paytaxtımıza uzun illərdir vətəndaş nigahı ilə yaşadığı Eda xanımla birgə təşrif buyurub. Paytaxt küçələrini birgə gəzib-dolaşan cütlük şəhərimizə heyranlıqlarını da gizlətməyiblər.

Milli mətbəximizdən ən çox aşı bəyənən Ümit Sayın qonağımız olduğu üçün şaddır: “Bizi qonaq edən Zarina xanım günümüzün maraqlı keçməsi üçün əlindən gələni edir. Bizi bu cür isti qarşıladığı üçün ona sonsuz dərəcədə minnətdaram. Bakı çox gözəl şəhərdir”.

İlk dəfədir Azərbaycana gələn müğənni özünü çox rahat hiss edir: “Elə bilirəm ki, heç Türkiyədən çıxmamışam. Burada özümü evimdəki kimi hiss edirəm. Küçələriniz İstanbulu xatırladır. Bu şəhər mənə çox doğma təəssürat bağışladı. Hər kəs çox qonaqpərvərdir”.

Qeyd edək ki, Ümit Sayın sabah səhər saatlarında Bakını tərk edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.