Livanın Cənubi Koreyadakı səfiri avtomobil qəzasında ölüb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla 12:08-də Cənubi Koreyanın paytaxtı Seul şəhərinin mərkəzində baş verib.
Livanın Cənubi Koreyadakı səfiri Cad Səid əl-Həsənin içərisində olduğu avtomobil digər bir avtomobillə toqquşub. Nəticədə ağır xəsarət alan livanlı diplomat xəstəxanaya qaldırılarkən yolda keçinib. Digər iki sərnişin isə xəstəxanaya aparılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.