Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarət edən separatçı rejim təbii sərvətləri talamaqda davam edir.
APA-nın lragir.am saytına istinadən xəbərinə görə, separatçılar Ermənistan şirkətlərindən biri ilə birlikdə işğal olunmuş ərazidə kömür hasilatına başlamaq qərarına gəlib.
Bildirilir ki, hazırda Dağlıq Qarabağda dağ-mədən sənayesinin inkişafı müşahidə olunur. Azərbaycanın işğal olunmuş Ağdərə və Kəlbəcər rayonlarında isə qızıl və mis hasil olunur.