Ötən gün Azərbaycanda 13 yol qəzası qeydə alınıb, nəticədə 2 nəfər həlak olub, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzaların 6-sı Bakıda baş verib. Paytaxtdakı yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ötən günün ağır yol qəzası Ağdamda baş verib. "VAZ 2106" markalı avtomobilin maneyə çırpılması nəticəsində bir ailənin 2 üzvü ölüb, 3 nəfər xəsarət alıb.