Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Rusiyaya sərt mesaj göndərib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Xarici İşlər naziri Əhməd Davudoğlu Moskvadan Dəməşqə gedən təyyarənin Türkiyənin Əsənboğa hava limanında endirilməsinə münasibət bildirib:
"Beynəlxalq qanunlara məhəl qoymayaraq bizim hava məkanımız vasitəsi ilə sərnişin təyyarəsində hərbi-sürsatlar daşıyırsınız. O təyyarəni biz endirmişik. Qanuna zidd heç bir addım atmamışıq”.
Nigar Məhərrəm