Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçimi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ixtisaslaşma seçiminin nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçiminə mayın 29-dan başlanıb. İxtisaslaşma seçimində 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.