Tələbələrin Respublika Fənn Olimpiadasının keçirilməsi dayandırılacaq.
525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, təhsildə aparılan islahatlar qarşıya artıq yeni tələblər qoyub. Buna görə də olimpiadanın keçirilməsinə baxışın dəyişdiriməsi zərurəti yaranıb:
“Bu il olimpiada sonuncu dəfə keçirilir. Bundan sonra bu formada olimpiadalar keçirilməcəyək. Belə tədbirlər bundan sonra dünyada keçirilən bu növ layihələrə uyğun reallaşdırılacaq".
S.QARAYEVA