Azərbaycan Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə bağlı növbəti açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-ın sorğusuna verilən cavaba əsasən, 12 illik təhsilə gələn dərs ilindən keçilməyəcək:
“12 illik ümumi təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub, lakin bu prosesin hansı tədris ilindən başlanacağı hələlik dəqiqləşdirilməyib”.