“Art Villa” qalereyasında “Birliyə Doğru” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi Orxan Əhmədovun fərdi sərgisi açılıb.
İB-dən verilən məlumata görə, sərgidə Orxan Əhmədovun son bir ildə yaratdığı işlər nümayiş olunub.
Qeyd edilib ki, sərginin 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunması təsadüfü deyil. Məqsəd cəmiyyətdə internat məktəbini bitirən uşaqlar haqqında stereotiplərin aradan qaldırılması, istedadlı gəncimizi cəmiyyətə tanıtmaq və bununla hər kəsin uğurlu yolu ola biləcəyini vurğulamaqdır.
S. ABDULLAYEVA