Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyaya səfərə gedib.
APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, Ermənistan nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin müdafiə nazirləri Şurasının iyunun 10-da keçiriləcək iclasında iştirak edəcək.
İclasda üzv ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.