Separatçı Dağlıq Qarabağ rejiminin “hökumət” nümayəndələri digər tanınmamış “dövlət” olan Cənubi Osetiyaya səfər ediblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Cənubi Osetiyanın “dövlət başçısı” Leonid Tibilov Dağlıq Qarabağdakı separatçı qurumun nümayəndələrini qəbul edib. Görüşdə separatçı rejimi qondarma qurumun “prezidentinin” məsləhətçisi Georgi Petrosyan, “Xarici İşlər Nazirliyi”nin nümayəndələri, və “parlament” rəsmiləri təmsil ediblər.
Müzakirələr zamanı iki separatçı rejimin əlaqələrinin perspektivindən söz açılıb.