İyunun 21-də Xarkov vilayətindən Bakıya şəhərinə yeni təyyarə reysi açılacaq.
525.az-ın Ukrayna Azərbaycanlı Gənclər Birliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Xarkov-Bakı, Bakı-Xarkov təyyarə reysini “Dniproavia” şirkəti həyata keçirəcək.
Mayın 19–da Dnepropetrovsk şəhərindən Bakiya ilk uğurlu uçuşunu edən “Dneproavia” kompaniyası yay mövsümündə Xarkov vilayətində yaşayan soydaşlarımızıda rahat və sərfəli xdmətləri ilə sevindirəcək.
Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasovun verdiyi məlumata görə, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 40 minə yaxın azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq. “Dniproavia” şirkətinin kommersiya direktoru Sergey Pasılayevin verdiyi məlumata görə, Xarkov-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyun ayının 21-dən başlayaraq hər həftənin ikinci və 6-cı günləri yerli saatla 14-40-da həyata keçirəcək.
Onun sözlərinə görə biletin qiymətidə sərnişinlərin istəyinə uyğundur. Belə ki,Kiyevdən Bakıya ikitərəfli uçuşun qiyməti 600 ABŞ dolları olduğu təqdirdə, Xarkov-Bakı, Bakı-Xarkov reysinin qiyməti 400 dollar təşkil edəcək. “Dniproavia” kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərinidə güzəştli biletləri ilə sevindirəcək. Sərnişinlərin tələbini öyrənən “Dneproavia” kompaniyası gələcəkdə Azərbaycanın digər şəhərlərinədə uçuşlar etmək niyyətindədir.
Xarxov-Bakı təyyarə reysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və istənilən avio bilet satışı agentliklərinə müraciət etməklə kompaniyanın xitmətlərindən yararlana bilərlər.