Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Vardan Oskanyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində Ermənistanın xarici siyasətinə müraciət edib və regionda yaranmış yeni vəziyyətdən çıxış üçün 3 adekvat addımın atılmasının lazım bilib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, ona erməni diplomatiyasının laqeydliyi, ölkədə təşəbbüslərin yoxluğu və hətta Ermənistan ətrafında baş verən hadisələrə münasibətlərə tədbirlərin görülməməsi olduqca maraqlıdır.
V. Oskanyan Macarıstanda ömürlük həbsdə olan və əfv olunaraq Azərbaycana gətirilən azərbaycanlı zabit Ramil Səfərovun məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan və Macarıstan Səfərovun ölkəsinə qaytarılması üçün sonuncu addımlarını atanda, Ermənistanın xarici işlər naziri Yeni Zelandiyada səfərdə idi: “Regionda vacib məsələlər baş verən zaman, xarici işlər naziri Afrikada səfərdə idi. İndi də Latın Amerikasını gəzir”.
O. Ramil Səfərovun ekstradisiyası məsələsinə toxunaraq, Ermənistan hakimiyyətini tənqid edib. O bildirib ki, onlar əvvəlcədən dövlər rəsmilərinə bu məsələnin böyük diplomatik problemlərini yaradacağını söyləmişdilər: “Amma 2 aydan da artıq vaxtın keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı hələ də nəticə əldə etməyib”.
V. Oskayan hələ də ölkənin vəziyyətdən çıxış yolunu göstərib. O bildirib ki, bu və digər məsələlərin həlli hələ də gec deyil: “İlk addım olaraq, Səfərov məsələsini və Azərbaycan tərəfinin müharibə bəyanatlarını nəzərə alaraq, iki sureven dövlət kimi Ermənistan və Azərbaycan dövlətləri Dağlıq Qarabağın təhlükəsizliyini təmin edən razılaşma imzalamalıdırlar. Bu sazişin imzalanması prezidentlər səviyyəsində aparılmalıdır”.
Onun sözlərinə görə, indiki vəziyyətdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin rəsmən tanınmamalıdır: “Bu da Azərbaycan tərəfinə bir növ aydın mesaj olacaq ki, Ermənistan Dağlıq Qarabağ məsələsinin həllində ilk addımların atılmasında maraqlıdır”.