https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Kurban Berdiyev: “Neftçi”nin zəif tərəfi var, “Barselona”nın da”

Kurban Berdiyev: “Neftçi”nin zəif tərəfi var, “Barselona”nın da”

Sabah Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində evdə “Neftçi”ni qəbul edəcək Kazanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdiyev mətbuat konfransı keçirib. Qol.Az-ın Tatarıstana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, K.Berdıyev yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb


- MOİK-lə oyunda zədələn Sergey Rıjkov özünü necə hiss edir?

- O, artıq komanda ilə  bir yerdədir və məşqdə iştirak edir.

- Ardıcıl məğlubiyyətlərdən sonra “Rubin”in psixoloji durumu necədir?

- Mən daha öncə də demişdim ki, biz bir yarışdan digərinə keçməyi bacarırıq. İnanıram ki, Avropa Liqasında daha yaxşı çıxış edəcəyik.

- “Neftçi” haqqında nə deyə bilərsiniz? Onların hansı oyununu izləmisin?

- Yaxşı komandadır. Oyunlarını izləmişik, bunun üçün nümayəndəmizi də göndərmişdik.  Bir sözlə, rəqibi ətraflı təhılil etmişik

- “Neftçi”nin heyətində kİmlərdən çəkinirsiniz?

- “Neftçi” kollektiv komandadır. Bu mənada kimisə fərqləndirmək istəməzim.

- Həm müsəlman, həm də türk olduğunuz üçün sizə Azərbaycanda böyük hörmət var. Bundan xəbəriniz varmı? İkinci sual... Öz dövrünüzdə Aşqabadın  “Kolkozçu” komandasında oynamısın. “Neftçi”nin hazırkı baş məşqçisi Böyükağa Hacıyev də o vaxt “Araz”da oynayıb. Onunla üz-üzə gəldiyiniz qarşılaşmaları necə xatırlayırsınız?

- Həmin oyunları xatırlayıram. O dövrdə oynayan azərbaycanlı futbolçulara xüsusi hörmətim var. Ümumiyyətlə, Azərbaycanda çoxlu dostlarım yaşayır. “Eurovision” ərəfəsində məni də Bakıya dəvət etmişdilər. Getdim gəzdim. Deyim ki, müsbət mənada çox böyük dəyişiklik var.

- Deyilənə görə, bir vaxtlar sizə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində işləmək təklif olunub. 

- Yox, elə bir şey olmayıb.

- “Rubin” tarixi ərzində heç vaxt “Neftçi”yə qalib gələ bilməyib. Bu, sizin üçün hansısa əhəmiyyət daşıyır?

- Yox, heç bir əhəmiyyət daşımır.

-  “Neftçi”nin güclü tərəflərindən danışdınız. Bəs  zəif zəhətləri haqqında nə deyə bilərsiniz?

- Hər bir komandanın zəif  cəhətləri olur. “Neftçi”nin də, “Barselona”nın da. 

- Bizdə olan məlumata görə, Azərbaycan millisinin üzvü Ruslan Abışov yay hazırlıq dönəmində “Rubin”in düşərgəsində olmuş, amma son anda transfer baş tutmamışdı. Bunun səbəbini izah edə bilərsiniz?

- “Neftçi” ilə matç öncəsi bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Ruslan Abışov yüksək səviyyəli futbolçudur və bizim də çox xoşumuza gəlir.

- Artıq ehtiyatınızda dörd xal var. Sabahkı oyunda da qalib gələcəyiniz tədqirdə demək olar,  növbəti mərhələyə vəsiqə şansınız xeyli artacaq?

- Mən hazırda hansısa qələbədən danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bizi çox çətin oyun gözləyir. 

- “Neftçi” APOEL kimi komandanı keçib qrup mərhələsinə vəsiqə qazanıb ki, bu da komandanın gücündən xəbər verir. Bu məqam sizi narahat edirmi?

- “Neftçi” APOEL-i layiqli olaraq məğlub edib qrup mərhələsinə vəsiqə qazandı.  Bu, onların gücündən xəbər verir. O ki qaldı bizim son oyunlarda qol vura bilməməyimizə, bu problemin də yoluna düşəcəyinə inanıram.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.