Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov Rusiyanın hərbi texnika karvanı, o cümlədən 3 tankının işğal altında olan ölkə ərazisindən Ukraynaya daxil olduğu haqda xəbər yayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, bildirib: “Bu məntəqələrdən Rusiyaya məxsus Piyadaların Döyüş Maşını, zirehli hərbi texnika, artilleriya qurğusu karvanının keçdiyini təsbit etmişik”.
Ukraynanın “Müqavimət informasiyası” qrupunun əlaqələndiricisi Dmitri Tımçuk sərhədi “T-72” markalı tankın keçdiyi haqda xəbər yayıb. Məlumata əsasən, onlar Ukraynanın sərhədyanı Snejnı şəhərindədir.
Yerli KİV bildirib ki, həmin şəhərdə rusiyayönlü terrorçularla Ukrayna ordusu arasında atışma gedir.