Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi Nikolay Litvin istefa verib.
APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, Litvin bildirib ki, ötən gün qurumun qarşısında aksiya keçirən fəallar öz məqsədlərinə çatıblar.
Qeyd edək ki, mayın 12-də Kiyevdə Nikolay Litvinin istefasını tələb edən 150-dək Maydan nümayəndəsi Dövlət Sərhəd Xidmətinin binasının qarşısında piket keçiriblər.