ABŞ prezidenti Barak Obama konqresdə İraqa 275 hərbçi göndərləcəyini bəyan edib.
Lent.az-in “Gazeta.ru”-ya istinadən məlumatına görə, uyğun qərar ABŞ-ın Bağdaddakı səfirliyi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün verilib.
Konqresə müraciətində Obama qeyd edib ki, göndəriləcək hərbçilər vəziyyət sabitləşənədək İraqda qalacaqlar.