Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, üzvləri, xaricdən gələn qonaqlar Fəxri Xiyabanda Heydər Əliyev və oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Lent.az-ın məlumatına görə, yazıçılar daha sonra xalq şairləri Səməd Vurğun, Rəsul Rza, xalq yazıçıları İmran Qasımov və digərlərinin məzarları üstünə gül dəstələri qoyublar.
AYB-in üzvləri və qonaqlar Şəhidlər Xiyabanını da ziyarət ediblər.
Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında Azərbaycan yazıçılarının 12-ci qurultayı keçiriləcək