Kiyev şəhərindəki Azərbaycan Gənclər Mərkəzində Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin maddi dəstəyi iləfilalogiya elmləri doktoru ,professor Rafiq Novruzovun hazırladığı Azərbaycanca- Ukraynaca ,Ukraynaca –Azərbaycanca danışıq kitabçasının təqdimat mərasimi keçirilib.
Nümayəndəlikdən 525.az-a verilən məlumata görə, Ukraynanın dilçi alimlərinin ,Azərbaycan səfiriliyinin , milli disporumuzun və Ukraynanın bir sıra ictimai təşkilatları nümayəndələrinin iştirak etdiyi mərasimi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq, 2 il bundan öncə taninmış alim,professor Rafiq Novruzovun rəhbərliyi ilə Azərbaycan Gənclər Mərkəzində Azərbaycan dili kurslarının keçirildiyini bildirib. Son illər Ukraynalı gənclərin Azərbaycan dilinin öyrənilməsinə böyük maraq göstərdiklərini bildirən Anar Tahirov professor Rafiq Novruzovun hazırladığı Azərbaycanca-Ukraynaca danışıq kitabcasının nəinki Ukraynalı tələbələr , o cümlədən ,Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində fəaliyyət göstərən şənbə-bazar günü məktəbləri üçün də qiymətli dərs vəsaitiolduğunu diqqətə çatdırıb.
“ Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan ,inkişaf etdirən onun dilidir” Təqdimat mərasimində çıxışına Ulu Öndər Heydər Əliyevin bu kəlamı ilə giriş verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bubaxımdan döğma ana dilimizin təbliğ olunması üçün Rafiq Novruzovun müəllifliyi ilə hazırlanmış Azərbaycanca-Ukraynaca ,Ukraynaca-Azərbaycanca danışıq kitabçasının mühüməhəmiyyətindən bəhs edib.Kitabın hazırlanmasına verdikləri maddi və mənəvi dəstəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinə və Ukrayna Azərbaycanlı Gənclər Birliyinə minnətdarlığını bildirən səfir elmi,qramatik üslubuna görə zəngin olan danışıq kitabçasının hər iki ölkə arasında gənc mütəxəssislərin hazırlanmasında,o cümlədən , dost və qardaş Azərbaycan və Ukraynanın elm və təhsil əlaqələrinin inkişaf etdirilməsində müstəsna rol oynayacağını vurğulayıb. Tədbirdə Kiyev Milli Lingivistika Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Svetlana Kozak,professorlar,Tatlyana Meyzerskaya,Oleq Kişişanovsk, iqtisad elmləri doktoru Möhlət Hüseynov,Yəhudi icmaları fondunun prezidenti Arkadi Monastrskiy , Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Gənclər Forumun nümayəndəsi Yana Konotopenko, Səməd Vurğun adına kitabxanın müdiri Galina Çebotoryova və digər şəxslər çıxış edərək son illər Ukraynanın müxtəlif elm ocaqlarında Azərbaycan dilinin tədris olunduğunu,gənclər və tətləbələr arasında azərbaycan dilininin öyrənilməsinə böyük maraq göstərildiyini diqqətə çatdıraraq belə bir kitabın dərc olunmasını bu sahəyə maraq göstərənlər üçün ən dəyərli töhfə adlandırıblar.Elmi dərgiyə verdikləri yüksək qiymətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirən kitabın müəllifi, Azərbaycan dili və Mədəniyyət Mərkəzinin rəhbəri,professor Rafiq Novruzov hazırda Ukraynanın ali tədris ocaqları üçün “Azərbaycan dili “dərs vəsaitinin üzərində işlədiyini və yaxın günlərdə o kitabında dərc olunacağını bildirib . Azərbaycan dilinin qədim tarixinə və qramatik diapozonunun genişliyinə görə dünya xalqlarının zəngin dil qrupuna daxil olduğunu diqqətə çatdıran müəllif istər yeni dərc olunmuş Azərbaycanca Ukraynaca danışıq kitabçasını, istərsədə bu günlərdə işıq üzü görəcək Azərbaycan dili dərslik vəsaitini Azərbaycan və Ukrayna xalqları arasında əbədi ünsiyyət körpüsü adlandırıb .Tədbirdə yekun nitqi söyləyən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ukraynanın ali tədris ocaqları üçün nəzərdə tutulmuş Azərbaycan dili dərs vəsaitinin maliyyə xərclərinin Azərbaycan səfirliyinin öz üzərinə götürdüyünü açıqlayıb.