Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 20-də saat 11:00-da Samux rayonunda Samux, Göy-Göl, Yevlax, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.
Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 022-265-01-17, 022-265-00-39) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected])vasitəsilə də qeydiyyatdan keçə bilərlər.